Pakistan İrana nümayəndə heyəti göndərir

Pakistan İranın cənub-şərqində törədilən terror aktı ilə əlaqəli Tehrana nümayəndə heyəti göndərir.

1147170
Pakistan İrana nümayəndə heyəti göndərir

Pakistan Xarici işlər naziri Şah Mahmud Qureyşi mövzu ilə bağlı məlumat yayıb. İran Xarici işlər naziri Məhəmməd Cevad Zərif  ilə telefonda görüşdüyünü ifadə edən  Qureyşi Sistan-Belçistan əyalətində İnqilab keşikçiləri Korpusu əsgərlərinə istiqamətli təşkil edilən terror aktını qınadığını və 27 əsgərin ölümü ilə nəticələnən hücum ilə bağlı qarşılıqlı danışıqlar məqsədiylə Tehrana nümayəndə heyəti göndərilməsi qərarına gəldiklərini bildirib.

Qureyşi həmçinin vurğulayıb ki, terror təşkilatlarına qarşı mübarizədə İran ilə hər cür əməkdaşlığa hazırıq.

Qeyd edək ki, İranın cənub-şərqindəki Sistan-Beluçistan əyalətinin Zahidan şəhərində həyata keçirilən terror aktına görə məsuliyyəti “Ceyşul Ədl” terror qruplaşması üzərinə götürmüşdü.



Әlaqәli Xәbәrlәr