Pentaqon: "ABŞ hərbçilərini bu ərazidən çıxardı"

ABŞ Türkiyə tərəfindən Suriyanın şimalında hərbi əməliyyatın planlaşdırılması ilə əlaqədar hərbçilərini bu ərazidən çıxarıb.

1284275
Pentaqon: "ABŞ hərbçilərini bu ərazidən çıxardı"

ABŞ Türkiyə tərəfindən Suriyanın şimalında hərbi əməliyyatın planlaşdırılması ilə əlaqədar hərbçilərini bu ərazidən çıxarıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, eyni zamanda ABŞ-ın Suriya ərazisindəki hərbi mövcudluğu eynilə qalıb.

Conatan Hoffman əlavə edib ki, Pentaqonda hesab edirlər ki, sabitliyin saxlanılması üçün ən yaxşı yol Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması olacaq.

"Təəssüf ki, Türkiyə birtərəfli qayda ilə hərəkət etməyə qərar verdi. Nəticədə biz Suriyanın şimalından ABŞ hərbçilərini onların təhlükəsizliyini təmin etmək üçün çıxardıq", - deyə Hoffman vurğulayıb.



Әlaqәli Xәbәrlәr