Ərəb Dövlətləri Liqasının İraqda davam edən etiraz aksiyaları ilə əlaqədar çağırışı

Ərəb Dövlətləri Liqası İraqda davam edən etiraz aksiyalarının səbəblərini aradan qaldırmaq üçün "real dialoq" üçün çağırış etdi.

1282432
Ərəb Dövlətləri Liqasının İraqda davam edən etiraz aksiyaları ilə əlaqədar çağırışı

Ərəb Dövlətləri Liqası İraqda davam edən etiraz aksiyalarının səbəblərini aradan qaldırmaq üçün "real dialoq" üçün çağırış etdi.

Ərəb Dövlətləri Liqasının açıqlamasında ayın əvvəlindən bəri davam edən aksiyaların narahatlıq doğurduğu, ölkənin müxtəlif şəhərlərində ölüm hallarından kədər duyuldduğu ifadə edildi.

Açıqlamada "İraq hökumətindən vəziyyəti sakitləşdirəcək və etiraz aksiyalarının səbəblərini aradan qaldıracaq ciddi və həqiqi bir dialoq gözlənilir" ifadəsi işlədildi. edildi və mövcud gərginliyin sona çatması və sülh və sabitliyin təmin edilməsi üçün İraqa tam dəstək verildiyi qeyd edildi.

Digər tərəfdən, İraq prezidenti Berhem Saleh və baş nazir Adil Abdulmehdi nümayişçilərin təhlükəsizliyini qorumaq və zorakılığa əla atanların istintaqa cəlb olumnmasının vacilbliyini vurğuladılar.

Prezidentin mətbuat xidmətindən verilən yazılı məlumata görə, Saleh, Bağdadda Baş nazir Abdulmehdi ilə görüşdü.

Bağdadda hökumət əleyhinə aksiyalar zamanı yaralananların sayı isə 200 nəfəri keçib.

Hökumət oktyabrın 3-də Bağdad, o cümlədən ən-Nasiriyə, əl-Hilla və əl-Amarada gecə saatlarında elan edilən komendant saatının bu gün ləğv edildiyini açıqlayıb. Bağdad küçələrində nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toquşmalara çevrilib. 



Әlaqәli Xәbәrlәr