Rusiya ÜTT və ÜST-dən çıxmağa hazırlaşır

Rusiya Dövlət Duması ölkənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq məsələsini müzakirə etməyi planlaşdırır.

1828506
Rusiya ÜTT və ÜST-dən çıxmağa hazırlaşır

Parlament sədrinin müavini Pyotr Tolstoyun bildirdiyinə görə, Rusiya Dövlət Duması ölkənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq məsələsini müzakirə etməyi planlaşdırır.
P.Tolstoy mayın 17-də verdiyi bəyanatda "XİN belə sazişlərin siyahısını Dövlət Dumasına göndərib. Bunlara Federasiya Şurası [parlamentin yuxarı palatası] ilə birlikdə baxmağı və sonra bu təşkilatlardan çıxmağı təklif etməyi planlaşdırırıq" deyib.

“Rusiya Avropa Şurasından çıxdı, indi növbəti addım ölkəmizlə bağlı bütün öhdəlikləriniə laqeyd yanaşan ÜTT və ÜST-dən çıxmaqdır”, - Pyotr Tolstoy bildirib.

Tolstoy onu da vurğulayıb ki, hökumətin Rusiyanın beynəlxalq öhdəliklərinə və hazırda heç bir faydası olmayan, lakin ölkəyə birbaşa zərər vuran müqavilələrinə yenidən baxması gözlənilir.

Xatırladaq ki, aprel ayında Rusiya prezidenti Vladimir Putin qərb dövlətlərinin Rusiya şirkətlərinə tətbiq etdiyi “qeyri-qanuni” məhdudiyyətlərin ÜTT qaydalarını pozduğunu bildirərək, hökumətdən Rusiyanın təşkilatdakı strategiyasını iyunun 1-dək aktual hala gətirməsini istəmişdi.



Әlaqәli Xәbәrlәr