Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına diqqət çəkdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin sərhəd təhlükəsizliyilə əlaqədar narahatlığını başa düşdüklərini bildirib.

1285735

Türkiyənin Suriyanın şimalına istiqamətli başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatını qiymətləndirən Lavrov Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına diqqət çəkdi və “Türkiyənin sərhəd təhlükəsizliyi ilə əlaqədar narahatlığını başa düşürük” ifadəsini işlətdi.

Lavrov hərəkatın “ABŞ-ın bu bölgədə atdığı addımların nəticəsi” olduğunu bildirdi.

Türkiyə və Rusiya arasında hərbi informasiya kanallarının açıq olduğunu vurğulayan Lavrov “əlaqə saxlayırıq” dedi.

Lavrov Ankara və Dəməşq arasında dialoq qurulmasına çalışacaqlarını da bildirdi.

Әlaqәli Xәbәrlәr