Rusiyanın sözçüsü Yaxın Şərq ölkələrinə səsləndi
Paytaxt Moskvada cari məsələlərlə bağlı açıqlamalar verən D.Peskov sözügedən mövzuyla bağlı deyib ...
Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov Yaxın Şərq ölkələrini mülayim olmağa çağırıb.
Paytaxt Moskvada cari məsələlərlə bağlı açıqlamalar verən D.Peskov sözügedən mövzuyla bağlı deyib: “İran-İsrail gərginliyilə əlaqədar Yaxın Şərqdə gərginliyin artmasından son dərəcə narahatıq. Biz regionun bütün ölkələrini təmkinli olmağa çağırırıq. Gərginliyin artması heç kimin marağında deyil. Ona görə də təbii ki, biz bütün mübahisələrin yalnız siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq".
Rusiya Prezident Aparatının sözçüsü ABŞ və İngiltərənin Rusiyaya metal sahəsində tətbiq etdiyi sanksiyaları da dəyərləndirərək bunları söyləyib: “Qanunsuz olan bu sanksiyalar mütləq onları tətbiq edənlərin maraqlarına mənfi təsir göstərəcək”.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir