Rusiyanın və İranın xarici işlər nazirləri Qarabağda vəziyyəti müzakirə ediblər

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon söhbəti olub.

1533580

İki ölkə XİN rəhbərlərinin Qarabağda vəziyyəti müzakirə etdikləri bildirilib.

Nazirlər münaqişə zonasında tam atəşkəsə nail olmaq məqsədilə Rusiya tərəfinin səylərini, habelə döyüş əməliyyatları nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyini nəzərə almaqla Qarabağda cari vəziyyəti müzakirə ediblər.

Tərəflərin ayrıca, İranın nüvə proqramı ilə bağlı məsələləri, Suriyada, Körfəz zonasında, Yəməndə və Əfqanıstanda vəziyyəti də nəzərdən keçirib, ticari-iqtisadi və humanitar sahələrdə cari Rusiya-İran layihələrini müzakirə etdikləri bildirilib. 

Әlaqәli Xәbәrlәr