Rusiyanın yeni baş naziri

Fövqəladə toplanan Duma iclasında səsvermədə 424 millət vəkili iştirak edib, 383 lehinə, 41 bitərəf səs verib.

1342192
Rusiyanın yeni baş naziri

 

  Rusiya prezidenti Vladimir Pitin Mixail Mişustini baş nazir vəzifəsinə təyin etdi.

  M.Mişustinin baş nazir namizədliyi 16 yanvarda Rusiya parlamentinin aşağı palatası olan Dumada keçirilən səsvermədə qəbul olunub.

  Fövqəladə toplanan Duma iclasında səsvermədə 424 millət vəkili iştirak edib, 383 lehinə, 41 bitərəf səs verib.

  Putin tərəfindən imzalanan başqa bir fərmana əsasən əvvəlki baş nazir Dmitri Medvedyev Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilib.

  Xatırladaq ki, D.Medvedyev yanvarın 15-ində V.Putinə özü və hökumətin istefasını təqdim etmiş, prezident də təsdiqləmişdi. Sonra Putin Mişustinə baş nazir vəzifəsini təklif etmişdi.



Әlaqәli Xәbәrlәr