Əsəd rejimi “İdlib gərginliyi azaltma zonası” elan edilmiş ərazidə atəşkəsi pozub
Suriyada Əsəd rejimi və onu dəstəkləyən İranın himayəsindəki xarici terrorçulardan ibarət rejim qüvvələri “İdlib gərginliyi azaltma zonasında” atəşkəs rejimini pozub.
1742040
TRT-nin xəbərinə görə İdlibin şimal-şərqindəki Serakib rayonunda yerləşən Əsəd rejimi ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplardan ibarət rejim qüvvələri Binniş rayonuna qurudan quruya silahlarla hücum təşkil edərək atəşkəs rejimini pozub. Mülki yaşayış məntəqələrinin hədəfə götürüldüyü hücumlar nəticəsində dinç əhalidən 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.