Əsəd rejimi İdlibdə atəşkəsə baxmayaraq quruda irəliləməkdə davam edir

Suriyada Bəşər Əsəd rejimi İdlib gərginliyi azaltma bölgəsində atəşkəsə baxmayaraq torpaq ələ keçirməkdə davam edir.

1342116
Əsəd rejimi İdlibdə atəşkəsə baxmayaraq quruda irəliləməkdə davam edir

Suriyada Bəşər Əsəd rejimi İdlib gərginliyi azaltma bölgəsində atəşkəsə baxmayaraq torpaq ələ keçirməkdə davam edir.

Əsəd rejimi İranın dəstəklədiyi terrorçu qruplar və Rusiyanın dəstəyilə səhər radələrində İdlibin şərqinə əməliyyat başladıb.

Rejim qüvvələri hərbi müxalifətin nəzarətindəki Muveyha və Ebu Cirryf kəndlərini şiddətli toqquşmalardan sonra ələ keçirib.

Digər tərəfdən müxalifətə məxsus təyyarə müşahidə evinin xəbərinə görə, Rusiya İdlibin Maarratünnuman qəsəbəsi, Binin kəndi ilə Hələbin qərbindəki Ayn Cera və Kefer Naha kəndlərinə hava hücumu edib.

Rejimə məxsus döyüş təyyarələri də Maarratünnuman qəsəbəsilə İhsim və Keferruma bölgələrinə hücum təşkil edib.

Əsəd rejiminin yanvarın 15-də etdiyi hücumlarda 15 dinc vətəndaş həyatını itirmiş, onu dəstəkləyən Rusiyanın da daxil olduğu hücumlarda ən az 50 dinc vətəndaş xəsarət almışdı.  



Әlaqәli Xәbәrlәr