Si Tsinpin: “Ölkədə yoxsulluq bitdi”

Çin Prezidenti Si Tsinpin  ölkədə həddindən artıq yoxsulluğun bitdiyini açıqladı.

1590632
Si Tsinpin: “Ölkədə yoxsulluq bitdi”

Xinhua agentliyinin  xəbərinə  görə, Si Tsinpin paytaxt Pekində  mətbuata  açıqlamasında  ölkənin  iqtisadi  vəziyyətindən  danışıb və  həddindən artıq yoxsulluğun  kökünü  qazdıqlarını bildirib. Son 8 ildə kənd yerlərində 100 milyona yaxın insanın “həddindən artıq yoxsulluqdan” xilas  edildiyini  ifadə edən Çin lideri Si Tsinpin eyni dövrdə yoxsulluğa  qarşı  mübarizə  çərçivəsində təxminən 1,6 trilyon yuan (246 milyard dollar) investisiya həyata  keçirildiyini bildirdi. O  vurğulayıb ki, yoxsulluğun aradan qaldırılmasında  Çin Kommunist Partiyasının rəhbərliyi və ölkənin sosialist idarəetmə rejiminin üstünlükləri  təsirli  olub. 



Әlaqәli Xәbәrlәr