"Sülh çeşməsi" (Barış Pınarı) hərəkatında zərərsizləşdirilən terrorçu sayı 277 oldu

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqində həyata keçirilən "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatında zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 342-yə çıxdı, üç əsgərimiz şəhid oldu. (YENİLƏNİB-3)

1285990
"Sülh çeşməsi" (Barış Pınarı) hərəkatında zərərsizləşdirilən terrorçu sayı 277 oldu

 

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqində həyata keçirilən "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatının üçüncü gününə daxil olarkən daha bir şəhid xəbəri gəldi. 

Suriyanın daha əvvəl "Fərat qalxanı" hərəkatı ilə azad edilən Hələb şəhərinə bağlı Azəz rayonu yaxınlığında  bir əsgərimiz şəhid oldu.

Milli Müdafiə Nazirliyinin açıqlamasında terror təşkilatı PKK/PYD üzvü terrorçularla toqquşan əsgərlərimizdən ikisinin şəhid olduğu daha əvvəl açıqlanmışdı.  

Açıqlamada ayrıca, "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatının gecə boyunca havadan və qurudan uğurla davam etdiyi, zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayının 342-yə çıxdığı bildirildi. 

Digər tərəfdən hərəkat çərçivəsində Tel Abyad və Rasulayndakı 13 kənd terrorçulardan təmizləndi.

"Sülh çeşməsi" (Barış Pınarı) hərəkatı çərçivəsində terror təşkilatı YPK/PKK-nın Tel Abyad qəsəbəsindəki pusqusunda Suriya Milli Ordusundan 4 döyüşçü şəhid olub, 3-ü isə yaralanıb.



Әlaqәli Xәbәrlәr