"Sülh çeşməsi" bölgəsində dörd terrorçu zərərsizləşdirilib

Suriyanın "Sülh çeşməsi" bölgəsində terror təşkilatı PKK/YPG üzvü olan dörd terrorçu zərərsizləşdirilib.

1495106
"Sülh çeşməsi" bölgəsində dörd terrorçu zərərsizləşdirilib

Suriyanın "Sülh çeşməsi" bölgəsində terror təşkilatı PKK/YPG üzvü olan dörd terrorçu zərərsizləşdirilib. 
Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilib:
"Sülh çeşməsi" bölgəsində terrorçular hücuma cəhd ediblər. Komandolarımız "Sülh çeşməsi" bölgəsində terror təşkilatı PKK/YPG-nin daha bir hücum cəhdinin qarşısını aldı və 4 terroristi zərərsizləşdirdi".
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) Suriyanın şimalında terror koridoru yaratmağa cəhd edən və Suriya Demokratik Qüvvələri adından istifadə edən terror təşkilatı YPG/PYD/PKK-ya qarşı 9 oktyabr 2019-cu il tarixində "Sülh çeşməsi" əməliyyatını başladıb.
Əməliyyat bölgənin terrordan təmizlənməsilə 25 noyabr 2019-cu il tarixində uğurla başa çatıb.
Digər tərəfdən, Ədirnədə terror təşkilatından şübhəli bilinən 2 nəfər, qanunsuz olaraq Yunanıstana qaçmağa cəhd edərkən həbs edilib. Təhlükəsizlik qüvvələri, Yenikadın kəndi yaxınlığındakı nəzarət zamanı qanunsuz olaraq Yunanıstana qaçmağa cəhd göstərən terror təşkilatı PKK-nın iki şübhəlisini yaxalayıb. Şübhəlilər ifadə vermək üçün Jandarma Komandanlığına aparılıb.



Әlaqәli Xәbәrlәr