Suriya Milli Ordusu Fərat çayının şərqi üçün hazırdır

Suriyadakı müxalif döyüşçülərdən təşkil tapan Suriya Milli Ordusu (SMO) Fərat çayının şərqində Türkiyə Silahlı Qüvvələrinin (TSK) mümkün əməliyyatını dəstəkləmək məqsədilə təlim keçirib.

1283305
Suriya Milli Ordusu Fərat çayının şərqi üçün hazırdır

Suriyadakı müxalif döyüşçülərdən təşkil tapan Suriya Milli Ordusu (SMO) Fərat çayının şərqində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) mümkün əməliyyatını dəstəkləmək məqsədilə təlim keçirib.

Suriyanın Türkiyə sərhədindəki Afrin rayonunun qərbində keçirilən təlimdə SMO-nun xüsusi qüvvələrindən hissələr qatılıb.

Həqiqi döyüş silah-sursatı ilə keçirilən təlimə Suriya müvəqqəti hökumətinin müdafiə naziri və Baş qərargah rəisi Səlim İdris nəzarət ediblər.

Müharibə şərtlərində təhvil, müdafiə və hücum taktikası mövzusunda xüsusi hazırlığı olan 500 döyüşçü düşmən ünsürlərinə məxsus bir təpəni ələ keçirib.

Minaatanlarla başlayan təlimdə digər ağır silahların dəstəyi ilə irəliləyən piyada hissələri taktiki tətbiqlər həyata kéçirib.

İdris təlimin axırında xüsusi təyinatlılara təşəkkür edib.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən Azad Suriya Ordusu qrupları keçən cümə günü Suriyanın Müvəqqəti Hökumətinə bağlı "Milli Ordu" adı altında birləşdiyini açıqladı.



Әlaqәli Xәbәrlәr