Suriya Milli Ordusunun şəhid sayı 198 olub

Suriyada "Sülh çeşməsi" əməliyyatı zamanı terrorçulardan təmizlənən ərazilərdə təhlükəsizliyi təmin etməyə davam edən Suriya Milli Ordusunun (SMO) əsgərləri 9 oktyabrdan bəri 198 əsgəri şəhid oldu.

1304139

SMO əsgərləri Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən həyata keçirilən "Sülh çeşməsi" əməliyyatında terrorçulardan təmizlənən cəbhə xəttini qorumaq üçün axtarış işlərini davam etdirir.
SMO sözçüsü Yusuf Hammud Türkiyə ilə Rusiya arasında təmin edilən razılaşmaya əməl etməyərək etibarlı bölgəyə sızmağa çalışan YPG/PKK terrorçuları ilə mübarizəyə davam etdiklərini söyləyib.
"YPG/PKK Türkiyə ilə Rusiya arasındakı razılaşmaya əməl etmir. Hələ də cəbhə xəttlərimizə və xilas edilən bölgələrdəki vətəndaşlara hücum edir" deyən Hammud terrorçulara qarşı güzəştə getməyəcəklərini vurğulayıb.
SMO komandanları tərəfindən əldə edilən məlumatlara görə, 9 oktyabrda başlanan "Sülh çeşməsi" əməliyyatında 198 SMO hərbiçisi  terrorla mübarizədə şəhid oldu.
643 əsgər  yaralanarkən, 1 əsgərdən xəbər alına bilməyib. Toqquşmalarda yüzlərlə terrorçu Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəklədiyi SMO tərəfindən zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr