Suriyanın şimalında törədilən partlayışlarda yaralananlar olub

Suriyanın şimalında müxalifətin nəzarətindəki Çobanbəy rayonu və Azəz qəsəbəsində eyni anda edilən terror hücumlarında dinc sakinlərin də aralarında olduğu 14 nəfər yaralanıb.

1283400

Çobanbəy şəhər mərkəzində Türkiyə sərhədinə yaxın yerdə Suriya Milli Ordusuna (MSO) məxsus maşının minalanması nəticəsində törədilən partlayışda 6 nəfər xəsarət alıb.

Azəzin qərbindəki nəzarət məntəqəsinə gələn motosiklətli terrorçu isə özünü partladıb.

Hücum nəticəsində dinc vətəndaşlardan 8-i yaralanıb, terorrçu isə ölüb.

Terror aktlarının məsuliyyətini hələ də üzərinə götürən olmayıb. Yerli təhlükəsizlik qüvvələri terror aktlarını YPG/PKK mənsublarının törədə biləcəyi ehtimalını araştırır.

Әlaqәli Xәbәrlәr