Tel Abyadda terror aktı törәdilib, ölәnlәr var

Türkiyә Silahlı Qüvvәlәri vә Suriya Milli Ordusu tәrәfindәn hәyata keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә terrorçulardan tәmizlәnәn Tel Abyadın mәrkәzindә partlayış törәdilib.

1450987
Tel Abyadda terror aktı törәdilib, ölәnlәr var

 

Suriyanın  şimalındakı Tel Abyad qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror hücumu nәticәsindә 3-ü uşaq olmaqla 6 dinc sakin hәlak olub, 7 nәfәr dә yaralanıb.

Türkiyә Silahlı Qüvvәlәri vә Suriya Milli Ordusu tәrәfindәn hәyata keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә terrorçulardan tәmizlәnәn Tel Abyadın mәrkәzindә partlayış törәdilib.

Hücum zamanı ağır yaralanan dörd nәfәr Türkiyәyә gәtirilib.

Partlayış nәticәsindә әtrafdakı tikililәrә dә ciddi ziyan dәyib.

Hadisә yerindә araşdırma aparan tәhlükәsizlik qüvvәlәri terror aktının separatçı terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdildiyini istisna etmәyib.

Mәlumata görә, bölgәdә  tәhlükәsizlik tәdbirlәri güclәndirilib.

Müxaliflәrin nәzarәtindә olan Tel Abyad qәsәbәsi 2019-cu ilin 13 oktyabr tarixindә bölgәdә keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnmişdi.



Әlaqәli Xәbәrlәr