TİKA Pakistanda su təmizləmə obyektini istifadəyə verdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Pakistanda təmiz su əldə etməyin ən etibarlı metodlarından sayılan “tərs osmos” sisteminin tətbiq olunduğu su təmizləmə təsisini rəsmi mərasimlə istifadəyə verdi.

1304310
TİKA Pakistanda su təmizləmə obyektini istifadəyə verdi
tika pakistan su.jpg
tika pakistan.jpg

Ölkənin ən böyük şəhəri Kəraçidə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Əl-Xidmət Vəqfinin əməkdaşlığı ilə inşa edilən obyektin açılış mərasiminə mədəniyyət və turizm nazirinin sözçüsü Kamil Kolabaş, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Kəraçi koordinatoru İbraihim Katırcı və Əl-Xidmət Vəqfinin nümayəndələri iştirak etdilər.

Pakistanda “tərs osmoz” su təmizləyici qurğusu ilə saatda 2000 litr su təmizlənərək bir milyondan çox insana çatdırılacaq.

Qeyd edək ki, əhali sayı 210 milyon olan Pakistanda 21 milyon insana təmiz su çatdırıla bilmir.



Әlaqәli Xәbәrlәr