Türkiyә İrana humanitar yardım göndәrdi
Bu barәdә İranın rәsmi İRNA agentliyi mәlumat yayıb.
Türkiyә İranda baş verәn tәbii fәlakәt nәticәsindә zәrәr görәnlәrә 2 TIR humanitar yardım göndәrib.
Bu barәdә İranın rәsmi İRNA agentliyi mәlumat yayıb. Mәlumata әsasәn, Van valiliyi tәrәfindәn göndәrilәn 2 TIR humanitar yardım Ağrının Doğubәyazit qәsәbәsindәki Gürbulak sәrhәd-keçid mәntәgәsindәn keçib.
Humanitar yardım bağlamalarının İranda daşqınlar nәticәsindә zәrәr görәn ailәlәrә çatdırıldığı bildirilib.
Xatırladaq ki, İranın 25 әyalәtindә leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә onlarla adam hәlak olmuşdu.
Qeyd edәk ki, Türkiyә Qızıl Aypara Cәmiyyәti dә İranda baş verәn tәbii fәlakәtlә bağlı bu ölkәyә 5 TIR humanitar yardım göndәrmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir