Türkiyənin Mosul Baş konsulluğu yenidən açılır

Baş konsulu Mehmet Küçüksakallı bağlanan konsulluğun yenidən açılması üçün son mərhələyə çatıldığını söyləyib.

1493835
Türkiyənin Mosul Baş konsulluğu yenidən açılır

Türkiyənin Mosul Baş konsulu Mehmet Küçüksakallı terror  təşkilatı DEAŞ-ın Mosulu ələ keçirməsi səbəbiylə bağlanan konsulluğun yenidən açılması üçün son mərhələyə çatıldığını söyləyib.
Səfir Mehmet Küçüksakallı şəhər mərkəzində fəaliyyət göstərən Türkiyənin Viza Müraciət Mərkəzini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib:
"Viza mərkəzinin xidmət göstərməsi Mosul xalqı üçün əhəmiyyətlidir. Türkiyəyə viza almaq asandır. Müraciət etməzdən əvvəl mərkəzə zəng edib, vaxt istəyin və məqsədinizə uyğun səyahət barədə lazımi sənədləri öyrənin. Müraciət zamanı da turistik, müalicə, ticarət, təhsil kimi səyahə məqsədinizi bildirin. Viza bir il müddətində etibarlıdır, ona görə viza müraciətlərini son ana buraxmayın".



Әlaqәli Xәbәrlәr