Ukraynada daha bir hərbçi öldürülüb

Ukraynanın şərqindəki Donbas ərazisində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

1741933
Ukraynada daha bir hərbçi öldürülüb

TRT-nin Ukrayna Silahlı Qüvvələrinə istinad etdiyi  xəbərinə  görə dünən separatçılar atəşkəsi 4 dəfə pozub. Bildirilir ki, separatçıların Donbasın Şumi, Marinka, Avdiviyka və Novotroystke bölgələrinə hücumu nəticəsində bir Ukrayna əsgəri həyatını itirib. Ukrayna Silahlı Qüvvələri bu gündən etibarən atəşkəs rejiminə riayət edilməyəcəyini  bildirib.



Әlaqәli Xәbәrlәr