YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir

Separatçı terror təşkilatı YPG / PKK neft və təbii qaz hasilatını Suriyada Bəşər Əsəd rejimi ilə bölüşərək ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları pozur.

1272742
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir

Suriya İnsan Haqları Komitəsi YPG / PKK-nın Suriyada işğal etdiyi ərazilərdə neft və təbii qaz hasilatına dair hesabat yayıb.

Hesabatda: YPG / PKK Əsəd rejiminə xam neft və təbii qaz verməkdə davam edir. Bu da ABŞ-Aİ-nın Suriya rejiminə tətbiq etdiyi sanksiyaların bariz pozuntusu mənasını verir.

YPG / PKK-nın verdiyi xam neft və təbii qaz, rejim şirkətləri və qaçaqmalçılar tərəfindən Əsədın nəzarətindəki bölgələrə çatdırılır. terror təşkilatı bu işdən milyonlarla dollar gəlir əldə edir. Bu gəlirin kimlər və nə üçün xərcləndiyinə sənədlərlə açıqlanmalıdır. ABŞ rəhbərliyindəki koalisiya qüvvələri bölgədəki qaçaqmalçılığın qarşısını almaq üççün tədbirlər görsədə bunun qənaətbəxş olmadığı aşkardır. Ən bariz nümunəsi isə koalisiya qüvvələrinin qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində indiyə qədər neft daşıyan tankerlərə iki dəfə hücum təşkil etməsidir. ABŞ-ın dəstəklədiyi terror təşkilatı YPG / PKK Suriyadakı neft ehtiyatlarının təxminən 70 faizinə nəzarəti ələ keçirməkdə davam edir. Terror təşkilatı ABŞ-ın təzyiqi ilə ötən həftə Əsəd rejiminin nəzarətində olan bölgələrə açılan ticarət və qaçaqmal keçidlərini qeyri-müəyyən müddətə bağladıqlarını açıqladı. Rejimin nəzarətində olan bölgələrdəki şirkətlər, Fevral ayında YPG / PKK-dan satın aldıqları nefti nəzərdə tutulan yerlərə asanlıqla çatdırmaq üçün Şuheydən Bukrisə qədər neft kəməri inşa etdilər.



Әlaqәli Xәbәrlәr