YPG/PKK terrorçuları yenә mülki vәtәndaşları hәdәf aldı
Separatçı terror təşkilatı YPG/PKK-nın Suriyanın Cerablus qәsәbәsinә tәşkil etdiyi hava hücumu nәticәsindә üç uşaq xәsarәt alıb.
Separatçı terror təşkilatı YPG/PKK-nın Suriyanın Cerablus qәsәbәsinә tәşkil etdiyi hava hücumu nәticәsindә üç uşaq xәsarәt alıb.
Terror tәşkilatı YPG/PKK Suriya-Türkiyə sərhədindəki Aynularab (Kobani) qәsәbәsindәn hәyata keçirdiyi hücumla mülki vәtәndaşları hәdәf alıb.
Terrorçuların Fərat çayının şərqindən atdığı raket mәrmilәri Cerablusdakı yaşayış mәntәqәlәrinә düşüb.
Hücum nәticәsindә üç uşaq müxtәlif dәrәcәli xәsarәtlәr alıb.
Xәsarәt alan uşaqlar tәcili tibbi yardım maşınları ilә xәstәxanaya çatdırılıb.
YPG/PKK terror tәşkilatı daha әvvәl dә mülki yaşayış mәntәqәlәrinә hücum edәrәk dinc sakinlәrin xәsarәt almalarına vә hәlak olmalarına sәbәb olub.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir