ABŞ-da 19 İyun "Juneteenth" Gününün federal tətil olması təsdiqləndi

Xatırladaq ki, ABŞ-da 19 iyun 1865-ci ildə köləlik tamamilə aradan qaldırılıb

1660498
ABŞ-da 19 İyun "Juneteenth" Gününün federal tətil olması təsdiqləndi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 1865-ci ildə köləliyin tamamilə aradan qaldırılmasının ildönümü münasibətilə qeyd olunan 19 İyun "Juneteenth" Gününün federal tətil olmasını nəzərdə tutan qərarı imzaladı.

  Ağ Evdə təşkil edilən mətbuat konfransında çıxışında C.Bayden deyib: "Böyük dövlətlər ağrılı-ağrılılı xatirələri görməməzliyə vurmaz, onları sarıyar. Böyük qurumlar etdiklərindən qaça bilməz, səhvlərinin nəticələriylə üzləşərlər.

  ABŞ-dakı Afrika köklü ictimaiyyətin ölkəyə həmişə faydası olub.

  Köləlik tarixi və bunun araşdırılması ilə bağlı ediləcək çox iş var”.

  Co Bayden çıxışından sonra hər il iyunun 19-unun federal tətil olması ilə əlaqədar Nümayəndələr Palatası və senatdan keçmiş qərarı imzalayıb.

  Xatırladaq ki, ABŞ-da 19 iyun 1865-ci ildə köləlik tamamilə aradan qaldırılıb.



Әlaqәli Xәbәrlәr