ABŞ-da yenə Ukrayna və Rusiya ilə bağlı qanun layihələrinə səsvermə keçiriləcək

Bu barədə ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer açıqlama verib ...

2130292
ABŞ-da yenə Ukrayna və Rusiya ilə bağlı qanun layihələrinə səsvermə keçiriləcək

 

  Aprelin 23-də ABŞ Senatında müttəfiqlərə, o cümlədən Ukraynaya yardım, habelə Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri üzrə səsvermə keçiriləcək. Bu barədə ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer açıqlama verib, "Senat milli təhlükəsizlik üçün əlavə maliyyələşdirmə ilə bağlı lazımi addımı atmağa hazırdır və aprelin 23-də ilk səsvermə ilə bu işi başa çatdırmaq üçün razılığa gəlib", - deyə o, “X” sosial səhifəsində yazıb.

  Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi üçün müsadirə edilməsi haqqında qanun layihələrini təsdiqləyib. Paketin həcmi 95 milyard dollar təşkil edib. Bundan sonra bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra prezident Co Bayden tərəfindən imzalamalıdır.



Әlaqәli Xәbәrlәr