ABŞ iki kubalı diplomatın ölkədən ayrılmasını istədi

ABŞ Kubanın Nyu-Yorkdakı BMT missiyasında işləyən iki diplomatın ölkədən ayrılmasını istədi.

1273344
ABŞ iki kubalı diplomatın ölkədən ayrılmasını istədi

ABŞ Kubanın Nyu-Yorkdakı BMT missiyasında işləyən iki diplomatın ölkədən ayrılmasını istədi.

ABŞ Dövlət Katibliyindən verilən açıqlamada “ABŞ əleyhinə fəaliyyət göstərdikləri aşkarlanan” Kubanın BMT Nümayəndəliyində vəzifəli iki diplomatın ölkədən ayrılması tələbinin Kuba rəsmilərinə çatdırıldığı bildirilib.

Ölkədən ayrılması tələb edilən vəzifəlilərin “diplomatik mənzil toxunulmazlığından sui-istifadə etdiyini” irəli sürən Dövlət Katibliyinin sözçüsü Morqen Ortaqus “ABŞ milli təhlükəsizliyini təhdid edən hər növ təşəbbüsə ciddi yanaşırıq və mənzil toxunulmazlığından sui-istifadə edən başqa personal olub olmadığını araşdırırıq” ifadələrini işlədib.

Sözçü Ortaqus həmçinin Kubanın Nyu-Yorkdakı missiyasında vəzifəli bütün xədəməyə səyahət məhdudiyyəti qoyulduğunu, xədəmənin səyahət azadlığının BMT Mərkəzi Qərargahının yerləşdiyi Mənhəttın adası ilə məhdud edildiyini söyləyib.

Tələbin çərşənbə axşamı günü Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Məclisinin iclasından əvvələ təsadüf etməsi diqqətləri cəlb etdi.



Әlaqәli Xәbәrlәr