ABŞ İran neft sanksiyaları tətbiq olunmayan 8 ölkənin sərbəstlik haqqını uzatmamağı planlaşdırır

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) daha əvvəl İran neft sanksiyaları tətbiq olunmayan 8 ölkəyə yenidən sərbəstlik haqqının verilməyəcəyini açıqlayacağı iddia edildi.

1187634

ABŞ mediası ölkənin yüksək vəzifəli şəxslərinin verdikləri müsahibələrə  əsaslanaraq Amerika Birləşmiş Ştatlarının İrana qarşı neft sanksiyalarının tətbiq olunmadığı 8 ölkə barəsində xəbərlər yaydı.

 Xəbərlərə görə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo bu gün sözügedən ölkələr haqqında açıqlama verəcək.

 Dövlət  katibi ABŞ-ın İrana qarşı 5 noyabr 2018-ci ildə dövrəyə girən ikinci sanksiya paketindən 180 gün müddətinə uzaq saxlanılan 8 ölkəyə yenidən sərbəstlik haqqının verilməyəcəyini açıqlayacaq.

 Belə ki, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana mayın 2-nə qədər 180 günlüyünə İrandan neft idxalına dair sanksiya qərarının tətbiq olunmaması ilə bağlı  verilən haqq uzadılmayacaq.

 Media xəbərlərində ABŞ-ın bu qərarı İran üzərindəki iqtisadi təzyiqi daha da artırmaq üçün verdiyinə diqqət çəkilidi, Çin, Hindistan və Türkiyənin İranla ən çox neft ticarəti edən ölkələr olduğu bildirildi.

ABŞ Xəzinə Nazirliy İranla nüvə müqaviləsinin birtərəfli şəkildə ləğv edilməsindən sonra İrana qarşı ilk sanksiya paketini 7 avqust 2018-ci ildə, ikinci mərhələ sanksiya paketini isə 5 noyabr 2018d-ci ildə həyata keçirmişdi.

 ABŞ bu tarixdə aralarında Türkiyənin də olduğu 8 ölkəyə İrana qarşı sanksiya paketinin neft idxalı məsələsində 180 gün müddətinə sərbəstlik vermişdi.

Әlaqәli Xәbәrlәr