ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır

Səudiyyə Ərəbistanına aid neft obyektlərinin vurulmasına görə İranın məsuliyyət daşıdığını bildirən ABŞ dövlət katibi Mayk Pompeo bu ölkəyə qarşı beynəlxalq koalisiya yaratmağa çalışdıqlarını söylədi.

1273031
ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo "Saudi Aramco"ya aid neft zavodlarının vurulmasından sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi.

 Pompeo Abu Dabidən gedərkən  təyyarədə mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 "Saudi Aramco"ya hücumun arxasında İranın durduğuna inandıqlarını bir daha vurğulayan dövlət katibi Ər-Riyad və Abu Dabidə  İrana qarşı görüləcək lazımi tədbirləri müzakirə etdiklərini bildirdi.

  Pompeo ABŞ ilə İran arasında hələ də bir razılaşmanın mümkün olub-olmadığı ilə bağlı suala belə cavab verdi: " Prezident Trampın istədiyi budur. Açığı, məsələnin dinc şəkildə həll olmasını istəyirik və bu niyyətimizi göstərdiyimizi düşünürəm. Onlar (İran) ABŞ-a məxsus pilotsuz uçan aparatı vurdular, indi də enerji mənbələrinə çox böyük hücumt təşkil edirlər və biz hələ də bir koalisiya yaratmağa çalışırıq".

 Dövlət katibi iranlı həmkarı Cavad Zərifin müharibə ilə əlaqədar söylədikləri barəsində fikir bildirərək: " Buraya diplomatik danışıqlar  üçün gəlmişəm. İranın xarici işlər naziri total müharibə və son amerikalıya qədər müharibə hədələri yağdırdığı halda, biz hədəfi sülh olan və bu məsələnin dincliklə həllini təklif edən koalisiyanın yaradılması üzərində çalışırıq. Prezident Trampın məndən  istədiyi  budur. Ümidvaram ki, İran İslam Respublikası da bunu bu şəkildə görür. Zərifin sözlərindən bu nəticə çıxmır, amma ümid edirəm ki, vəziyyət belədir



Әlaqәli Xәbәrlәr