ABŞ Rusiyaya xəbərdarlıq edib

ABŞ-da Ağ Evin sözçüsü Cen Psaki Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq edərək, bu ölkəni "2014-cü ildə Krımda baş verənlərə bənzər addımlar atmamağa" çağırıb.

1742480
ABŞ Rusiyaya xəbərdarlıq edib

ABŞ-da Ağ Evin sözçüsü Cen Psaki Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq edərək, bu ölkəni "2014-cü ildə Krımda baş verənlərə bənzər addımlar atmamağa" çağırıb.

Psaki gündəlik mətbuat brifinqində son günlər Ukrayna ilə bağlı artan ABŞ-Rusiya gərginliyinə dair bəyanat verib.

Psaki Moskvanın Ukraynaya qarşı "aqressiv" addımlarını yaxından izlədiklərini və ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna ilə bağlı bütün narahatlığını rusiyalı həmkarı Sergey Lavrova açıq şəkildə ifadə etdiyini bildirib.

ABŞ-ın Rusiya qarşısında əlində sanksiyalardan daha çox seçimi varmı sualını cavablandıran Psaki Ukraynaya hərbi yardımlarını artırdıqlarını qeyd edib.

"Əgər ruslar 2014-cü ildə (Krımın ilhaqı prosesində) olduğu kimi hərəkət etsələr, bizim seçimlərimizin çox olduğunu ruslara birbaşa çatdırdıq", deyə Psaki vurğulayıb.

ABŞ dövlət katibi Blinken Stokholmda Rusiyanın xarici işlər naziri Lavrovla görüşündə rəsmi Moskva Ukrayna sərhədində hərbi gərginliyi artıracağı təqdirdə bunun ağır cavabının olacağına dair bəyanat vermişdi. 

Digər tərəfdən, Belarusda Aleksandr Lukaşenko rəhbərliyini hədəf alan yeni sanksiyalar tətbiq etdiklərini qeyd edən Psaki bunun 5-ci sanksiyalar dalğası olduğunu xatırladıb.

Lukaşenko administrasiyasını demokratiya və insan haqlarına təzyiq etməkdə və “Avropa İttifaqına (Aİ) insan alverini təşkil etməkdə” günahlandıran Psaki əlavə edib ki, lazım gələrsə Aİ ilə koordinasiyalı şəkildə yeni sanksiyalar tətbiq ediləcək.

ABŞ administrasiyası Belarus administrasiyası ilə əlaqəli 12 təşkilat və 20 məmuru sanksiya siyahısına daxil etdiyini elan etmişdir.



Әlaqәli Xәbәrlәr