ABŞ Tiqray qırğınlarından narahatlıq duyduğunu bildirdi

ABŞ Efiopiyanın Tiqray bölgəsində get-gedə pisləşən vəziyyətdən və törədilən qırğınlardan dərin narahatlıq duyur

1592109
ABŞ Tiqray qırğınlarından narahatlıq duyduğunu bildirdi

 

  Amerika Birləşmiş Ştatları Efiopiyanın Tiqray bölgəsindəki qırğınlardan dərin narahatlıq duyduğunu bildirdi.

  ABŞ-ın dövlət katibi Antoni Blinken Efiopiyada baş verənlərlə əlaqədar şərh verib: "ABŞ Efiopiyanın Tiqray bölgəsində get-gedə pisləşən vəziyyətdən və törədilən qırğınlardan dərin narahatlıq duyur.

  Bölgədə vətəndaşlara qarşı insan haqlarının pozulduğuna dair hesabatlara əsasən, bu qanun pozuntularını qınayırıq.

  Efiopiya rəhbərliyi bölgədəki insan haqqları pozuntuları ilə əlaqədar beynəlxalq istintaqa icazə verməlidir.

  Eritre və Amhara qüvvələri dərhal bölgədən çəkilməli, əlaqədar tərəflərin qarşıdurmalara son qoyması ilə bağlı konkret addımlar atılmalıdır”.

  Xatırladaq ki, Efiopiyanın baş naziri Əhməd Abiy iqtidara gəldiyi 2018-ci ildən bəri gərginlik yaşanan ölkənin şimalındakı üsyançı Tiqray Xalq Qurtuluş Cəbhəsinə (TPLF) qarşı 3 noyabr 2020-ci ildə birdən hərbi əməliyyata başladı. Hökumət Tiqray əməliyyatı çərçivəsində noyabrın 19-da Aksum, 28-ində isə əyalətin mərkəzi Mekelle şəhərlərini aldı.

  Beynəlxalq Əfv Təşkilatı Efiopiya ordusunun TPLFə qarşı əməliyyatına dəstək olan qonşu Eritre qüvvələrinin 28-29 noyabr tarixlərində Aksim küçələrində camaata atəş açaraq və evlərə basqın edərək yüzlərlə silahsız vətəndaşı öldürdüyünü bildirib. Eritre səlahiyyətliləri isə təşkilatın iddialarını rədd edir.   



Әlaqәli Xәbәrlәr