Adil əl-Cübeyr: "Aramco" zavodlarına hücum dünyaya edilən bir hücumdur"

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cübeyr beynəlxalq birliyi İrana qarşı "qətiyyətli mövqe" nümayiş etdirməyə çağırdı.

21 Eylül 2019 10:19

 Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cübeyr  "Twitter" hesabı vasitəsilə verdiyi açıqlamada, Səudiyyə Ərəbistanına aid neft şirkəti "Aramco"nun zavodlarına təşkil edilən hücuma görə İranın məsuliyyət daşıdığını bildirdi.

 Cübeyr: "Bekik və Həris neft zavodlarının İran silahları ilə hədəf alınması təkcə Səudiyyə Ərəbistanının deyil, eyni zamanda beynəlxalq bazarların enerji təminatının hədəf alınmasıdır və dünyaya edilən bir hücumdur" ifadələrini işlətdi.

Sözügedən hücumu "İranın dağıdıcı və təcavüzkar siyasətinin davamı" kimi səciyyələndirən Cübeyr beynəlxalq birliyi məsuliyyətlərini yerinə yetirməyə və İrana qarşı "qətiyyətli mövqe" nümayiş etdirməyə çağırdı.

Dövlət naziri: "İrana qarşı laqeyd qalmaq onu daha çox təxribat və düşmənçilik fəaliyyətlərinə təşviq edəcək və bunun da yalnız bölgəyə deyil, beynəlxalq sülh və təhlükəsizliyə də təsirləri olacaq" deyə fikir bildirdi.