Ağ Ev çinli tələbələrin ABŞ-a girişini qadağan etdi

Ağ Ev çinli tələbələrin ABŞ-a girişini dayandırıb

1426317
Ağ Ev çinli tələbələrin ABŞ-a girişini qadağan etdi

 

  Ağ Ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil olmasını qadağan edib.

  Ağ Evin məsələ ilə bağlı yaydığı bəyanatda həmin şəxsləri ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edir. İyunun 1-dən qüvvəyə minəcək qadağanın təxminən 3 - 3,5 min çinli tələbəyə şamil ediləcəyi gğzlənilir.

  Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bildirib ki, bu cür davranış iki ölkə arasında mədəni münasibətlərə zərər vura bilər. O, ABŞ tərəfini çinli tələbələrə qarşı hər hansı məhdudiyyət tətbiq etməyi dayandırmağa çağırıb, Amerikanın ali təhsil ocaqlarının da bu qərara qarşı çıxacağına ümid etdiyini bildirib.

  Qeyri-rəsmi məlumata əsasən, hazırda Birləşmiş Ştatlarda ildə təxminən 360 min çinli təhsil alır ki, onların ümumi xərcləri 14 milyard ABŞ dollarından çoxdur.



Әlaqәli Xәbәrlәr