Aİ Suriyaya tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb

Aİ Suriyadakı mülki əhaliyə qarşı təzyiqlərin davam etməsi səbəbiylə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb.

1425365
Aİ Suriyaya tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Suriyada Əsəd rejiminin və tərəfdarlarının mülki əhaliyə qarşı təzyiqlərinin davam etməsi səbəbiylə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 1 iyun 2021-ci ilə qədər uzadılması barədə qərar verildiyini açıqlayıb.
Açıqlamada Aİ-nin Suriyadakı xalqa qarşı zorakılıqda iştirak etdiyi üçün sanksiya siyahısına daxil etdiyi insanların sayının 273 olduğu qeyd edilib.
Səyahətlərinə qadağa qoyulan bu şəxslərin Aİ-dəki əmlakı da dondurulur.
Aİ-nin Suriyada sanksiya tətbiq etdiyi ayrıca 70 qurum var. Suriya Mərkəzi Bankının da aralarında olduğu bu qurumların əmlakları da dondurulur.
Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyalara sərmayələrin məhdudlaşdırılması, xalqa təzyiq üçün istifadə edilə bilən texniki avadanlıq və texnologiyaların ixracının qarşısını almaq və neft embarqosu daxildir.



Әlaqәli Xәbәrlәr