Aİ-yә üzv dövlәtlәrin XİN rəhbərləri Türkiyə məsələsini müzakirə edəcəklər

Lüksemburqda keçiriləcək görüşdәn әvvәl  mətbuat nümayәndәlәrinә  bəyanatlar verən Federika Moqerini  17-18 oktyabr tarixlәrindә keçiriləcək Aİ Lider Sammitində də bu iki məsələnin gündəmə gələcəyini deyib.

1287608
Aİ-yә üzv dövlәtlәrin XİN rəhbərləri Türkiyə məsələsini müzakirə edəcəklər

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Aİ-yә üzv dövlәtlәrin xarici işlәr nazirlәri ilә Türkiyәnin Suriyadakı hәrbi fәaliyyәtlәri  vә Şәrqi Aralıq Danizindә aparılan qazma işlәri ilә bağlı görüşәcәyini bildirib.

Lüksemburqda keçiriləcək görüşdәn әvvәl  mətbuat nümayәndәlәrinә  bəyanatlar verən Federika Moqerini  17-18 oktyabr tarixlәrindә keçiriləcək Aİ Lider Sammitində də bu iki məsələnin gündəmə gələcəyini deyib.

Toplantıda Birləşmiş Millətlər Təşkilatının  Suriya üzrә xüsusi nümayəndəsi Qeir O. Pedersenin də iştirak edәcәyini  bildirən Federika Moqerini  qeyd edib ki, bu çərçivədə siyasi prosesin artan hərbi gərginlikdən necə qorunacağını müzakirә edәcәyik.

‘‘Aİ-yә üzv dövlәtlәrin  xarici işlər nazirləri Türkiyənin Suriyadakı hərbi fəaliyyətləri və  Şərqi Aralıq Dənizindә aparılan  qazma işlәri  ilə bağlı hansı addımları ata bilәcәklәrini müzakirә edәcәklәr’’,-deyә Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi deyib.



Әlaqәli Xәbәrlәr