Almaniyada Liviya ilə bağlı birgə bəyanat qəbul olundu

Anadolu xəbərlər agentliyinin məlumatına görə...

1343623
Almaniyada Liviya ilə bağlı birgə bəyanat qəbul olundu

 

  Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfransda tərəflərin birgə Liviya Konfransı Bəyanatı qəbul edildi.

  Anadolu xəbərlər agentliyinin məlumatına görə, bəyanatda ölkədəki bütün hərbi hərəkətlərin dayandırılması, münaqişə tərəflərinə birbaşa köməklik edilməsi istiqamətində çağırış səslənib.

  Bəyanatda Berlin sammitindən sonra koordinasiyanı davam etdirmək üçün Beynəlxalq Monitorinq Komitəsinin yaradıldığı bildirilir. Konfransda iştirak edən bütün tərəflərin və beynəlxalq təşkilatların da daxil olacağı komitənin BMT-nin rəhbərliyi altında koordinasiyanı təmin edəcəyi qeyd olunur.

  Xatırladaq ki, BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlər keçirilib.

  Konfransda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Böyük Britaniyanın baş naziri Boris Conson, Fransa prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak ediblər.



Әlaqәli Xәbәrlәr