Amerika Birlәşmiş Ştatları Münbiçdәn çıxdı

Amerika Birlәşmiş Ştatları rәhbәrliyindәki koalisiya qüvvәlәri Suriyanın Münbiş şәhәrindәn çıxdığını açıqladı.

1288499
Amerika Birlәşmiş Ştatları Münbiçdәn çıxdı

 

Amerika Birlәşmiş Ştatları rәhbәrliyindәki koalisiya qüvvәlәri Suriyanın Münbiş şәhәrindәn çıxdığını açıqladı.

ABŞ rәhbәrliyindә olan  vә terror tәşkilatı DEAŞ-a qarşı mübarizә aparan koalisiya qüvvәlәrinin sözçüsü Myles B. Caqqins koalisiya qüvvәlәrinin Münbiçdәn çıxdığını elan edib.

Myles B. Caqqins bu barәdә şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

‘‘Koalisiya qüvvәlәri  Suriyanın şimal-şәrqindәn çıxır. Münbiçdәn çıxdıq’’,-deyә ABŞ rәhbәrliyindә olan  vә terror tәşkilatı DEAŞ-a qarşı mübarizә aparan koalisiya qüvvәlәrinin sözçüsü qeyd edib.

Bu arada ABŞ müdafiә naziri Mark Esper daha әvvәl verdiyi açıqlamada ABŞ-ın minәdәk әsgәrini Suriyanın şimalından çıxarmağa hazırlaşdığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr