Avropa İttifaqı PKK-nı terror təşkilatı olaraq görmür

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerini (Federica Mogherini) Türkiyədə minlərlə can alan separatçı terror təşkilatı PKK-nı terror təşkilatı olaraq görmədiklərini etiraf etdi.

1288076
Avropa İttifaqı PKK-nı terror təşkilatı olaraq görmür

 

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerini (Federica Mogherini) Türkiyədə minlərlə can alan separatçı terror təşkilatı PKK-nı terror təşkilatı olaraq görmədiklərini etiraf etdi.

  Lüksemburqda keçirilən Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ittifaqın Türkiyənin Suriya və Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə dair verdiyi qərarlar haqqında danışan F.Moqerini “Türkiyə - Aİ əlaqələrinin nə üçün bu nöqtəyə gəldi”yinə dair sualı cavablandıraraq deyib:

  “Avropa İttifaqı hər zaman konstruktiv körpülər inşa etməyə çalışır, ancaq bu hər zaman mümkün olmur.  

  Türkiyə ilə Aİ arasındakı əlaqələr təkcə Suriya və Şərqi Aralıq dənizindən ibarət deyil. Önəmli bir müttəfiq olan Türkiyə ilə bir çox əməkdaşlıq edə biləcəyimiz sahələr var.

  Çətin dövrlər keçirdik. Türkiyə də həmçinin. Heç bir zaman 15 İyul (2016) Dövlət Çevrilişi cəhdini də unutmadıq.

  Türkiyə-Aİ münasibətlərini ağ-qara olaraq səciyələndirmək olmaz. Tərəflər arasında çox ölçülü, şaxəli və mürəkkəb bir tərəfdaşlıq var.  

  Türkiyə ilə Aİ bir-birindən gözləntilərini açıq mövqe ilə nümayiş etdirməlidir. Eyni məkanı bölüşən qonşular olaraq bir-birimizə qarşı açıq olmalı, bölgə təhlükəsizliyi, o cümlədən, bir çox birgə mənafeyimiz olduğunu bilməliyik.

  Türkiyə ilə Aİ arasında münaqişələr var. Məsələn, Türkiyənin terror təşkilatı olaraq qəbul etdiyi qrupu ittifaq terror təşkilatı olaraq görmür. Birgə mübarizə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan terror təşkilatlarına qarşı lazımdır.”



Әlaqәli Xәbәrlәr