Avropa İttifaqı Ukraynaya təhlükəsizlik sahəsində yardım edəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya müdafiə sahəsində gücləndirmə və sülhə töhfə vermək məqsədilə 31 milyon avro yardım edəcəyini açıqlayıb.

1742429
Avropa İttifaqı Ukraynaya təhlükəsizlik sahəsində yardım edəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya müdafiə sahəsində gücləndirmə və sülhə töhfə vermək məqsədilə 31 milyon avro yardım edəcəyini açıqlayıb.
Avropa Şurasının açıqlamasına görə, Ukrayna ilə yanaşı, Gürcüstan, Moldova və Malinin də yer aldığı yardımlar bu ölkələrdə hərbi potensialı və müdafiəni gücləndirərək sülhü dəstəkləmək məqsədi daşıyır.

Xüsusilə fövqəladə hallarda istifadə ediləcək səhra xəstəxanaları və logistika bölmələri kimi hərbi tibb hissələrinin maliyyələşdirilməsi üçün 31 milyon avroluq qrant Ukraynaya 36 ay ərzində veriləcək.

Eyni məqsədlə və eyni müddət ərzində Gürcüstana 12 milyon 750 min avro, Moldovaya isə 7 milyon avro yardım ediləcək.

Maliyə isə 30 aylıq müddət ərzində 24 milyon məbləğindəki avro yardımı hazırda ölkədə fəal olan Aİ Təhsil Missiyasına veriləcək.



Әlaqәli Xәbәrlәr