Avropa İttifaqının Liviya sularında İRİNİ əməliyyatı

Aİ Şurasından verilən yazılı məlumata görə...

1388678
Avropa İttifaqının Liviya sularında İRİNİ əməliyyatı

 

  Avropa İttifaqı Liviyada silah embarqosu ilə bağlı yeni əməliyyatın aprelin 1-dən başlayacağını açıqladı.

  Aİ Şurasından verilən yazılı məlumata görə, Aralıq dənizində yeni hərbi əməliyyatın Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində aprelin 1-dən etibarən başlayacağı bildirilir.

  Birləşmiş Millətlər Təşkilatı Liviya ilə əlaqədar silah embarqo tədbirlərini tətbiq etmək üçün başlanan əməliyyatı yunan dilində "sülh" mənasını verən İRİNİ adlandırıb.

  Hava, peyk və dəniz yolları ilə həyata keçiriləcək əməliyyat çərçivəsində Liviya sahillərindəki gəmilər yoxlanılacaq və qeyri-qanuni neft ticarəti ilə bağlı arama-axtarma işləri görüləcək.  

  İRİNİ əməliyyatına bağlı olaraq Liviya Sahil Mühafizəsi Qüvvələrilə hərbi təlim mübadiləsi olacaq ki, bununla insan alveri edən təşkilatlarla birgə mübarizə aparılacaq.

  Baş qərargahı İtaliyanın paytaxtı Romada olan əməliyyata kontr-admiral Fabio Aqostini başçılıq edəcək.

  Əməliyyat 2021-ci il 31 marta qədər sürəcək və üzv ölkələrin nəzarəti altında olacaq.



Әlaqәli Xәbәrlәr