"Beynəlxalq cəmiyyət əfqan xalqını 40 ildir sülh üzünə həsrət qoyub", Ə.Qani

Əfqanıstan Təhlükəsizlik Qüvvələri Günü münasibətilə paytaxt Qabildə Müdafiə Nazirliyində təşkil edilən mərasimdə etdiyi çıxışında Ə.Qani deyib...

1591973
"Beynəlxalq cəmiyyət əfqan xalqını 40 ildir sülh üzünə həsrət qoyub", Ə.Qani

 

  Əfqanıstan prezidenti Əşrəf Qani beynəlxalq cəmiyyətin əfqan xalqını 40 ildir sülhə məhrum qoyduğunu söylədi.

  Əfqanıstan Təhlükəsizlik Qüvvələri Günü münasibətilə paytaxt Qabildə Müdafiə Nazirliyində təşkil edilən mərasimdə etdiyi çıxışında Ə.Qani deyib: “Əfqanıstan xalqına qarşı davam edən müharibə insanlığa və ədalətə həqiqətə ziddir və İslamla heç bir əlaqəsi yoxdur.

  Əfqanıstanın düşmənləri iqtidarı devirərək ölkə torpaqlarını bölmək niyyətindədir. Buna əsla icazə verməyəcəyik. Əfqanıstan Təhlükəsizlik Qüvvələri öz torpaqlarını müdafiə etməyə qadirdir və ölkə daxilində əməliyyatların 90 faizini təkbaşına həyata keçirir. Təhlükəsizlik Qüvvələrini daha təchizatlı etmək dövlətin prioritet vəzifələrindəndir.

  Əfqanıstan Təhlükəsizlik Qüvvələri təkcə ölkənin deyil, dünyanın da  təhlükəsizliyini təmin edir.

  Beynəlxalq cəmiyyət 40 ildir böyük tarix, parlaq mədəniyyət və gözəl insanları olan Əfqanıstanı ən fundamental haqqları olan sülhdən məhrum edib. Bu, qəbuledilməzdir. Biz qalıcı və şərəfli bir barış istəyirik."



Әlaqәli Xәbәrlәr