BMT Şri Lankada törədilən terror aktını qınadı

BMT Baş katibi Antonio Quterres, Şri Lankada kilsə və otellərin hədəf götürüldüyü terror hücumlarını lənətlədi.

1187744
BMT Şri Lankada törədilən terror aktını qınadı

BMT Baş katibinin ofisindən yayılan açıqlamada Quterresin ümum dünyada xristianların müqəddəs Pasxa bayvramını qeyd etdikləri gün Şri Lankada otel və kilsələri hədəfə götürən xain terror hücumlarını qınadığına diqqət çəkilib.

Bütün ibadət yerlərinin müqəddəs olduğunu ifadə edən Quterres terror aktları zamanı həyatını itirənlərin ailələri başda olmaqla Şri Lanka hökumətinə və xalqına başsağlığı verib. Hadisəni törədənlərin dərhal tutularaq ədalət qarşısına çıxarılmalarını istəyib.

Birləşmiş Millətlər Təşkilatının növbəti Baş assambleyasının rəhbəri Maria Fernanda Espinosa da Twitter hesabından yaydığı bəyanatında Şri-Lanka xalqını hədəf alan xain terror hücumundan dərin kədər duyduğunu ifadə edərək, beynəlxalq cəmiyyətin terrora qarşı əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Şri Lankada dünən səhər radələrində kilsələr və otellərə təşkil edilən hücumlar nəticəsində 290 nəfər həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr