BMT: Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb.

1660662
BMT: Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir

Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb.
Hesabatda dünyada zorakılıq və zülm nəticəsində didərgin düşən insanların sayının son 10 ildə rekord dərəcədə artdığı qeyd edilib. 

Hesabata görə, 2020-ci ildə dünyada 82 milyon 400 mindən çox insan didərgin düşüb.

Hesabatda pandemiyaya baxmayaraq, 2020-ci ildə müharibələrdən, zorakılıqdan, təqiblərdən və insan hüquqlarının pozulması səbəbindən didərgin düşənlərin sayının artaraq təxminən 82,4 milyon nəfərə çatdığı qeyd olunub. Bildirilib ki, bu, 2019-cu ilin sonunda qeydə alınmış rekord göstərici olan 79,5 milyonla müqayisədə dörd faiz artım deməkdir.

BMT-nin məlumatına görə, ən çox qaçqını qəbul edən ölkələr arasında ilk yerdə Türkiyə gəlir.

Təxminən 3 milyon 700 min qaçqına ev sahibliyi edən Türkiyə son 7 ildə dünyada ən çox qaçqına sahib ölkədir.

Türkiyəni 1,7 milyon ilə Kolumbiya, 1,4 milyonla Pakistan və Uqanda, 1,2 milyonla Almaniya izləyib.

Hesabatda "Covid-19" məhdudiyyətlərinin ləğvi ilə dünyada qarşıdurmaların güclənəcəyi və qida çatışmazlığı və iqlim şəraitinin bu vəziyyəti daha da pisləşdirəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr