Bu dövlət karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açır

Hökumətin qərarına əsasən...

1426569
Bu dövlət karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açır

 

  Estoniya iyunun 1-dən etibarən Avropa İttifaqının (Aİ) digər ölkələrindən, Şengen ölkələri və Böyük Britaniyadan gələn sərnişinlər üçün sərhədlərini yenidən açır.

  Azertac informasiya agentliyi xəbər verir ki, ölkə mayın 28-də 16 dövlətin vətəndaşlarının 14 günlük karantin keçməyəcəyini elan etsə də, növbəti gün həmin siyahını yeniləyərək bu ölkələrin sayını 22-yə çatdırıb.

  Hökumətin qərarına əsasən, Avstriya, Bolqarıstan, Hollandiya, Xorvatiya, İslandiya, İtaliya, Yunanıstan, Kipr, Litva, Lüksemburq, Latviya, Norveç, Polşa, Fransa, Rumıniya, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya, Danimarka, Çexiya və Macarıstan vətəndaşları ölkəyə gəldikləri zaman 14 günlük karantin müddəti keçməyəcəklər.

  Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Portuqaliya, Malta və İspaniya vətəndaşları da, həmçinin Estoniyaya səfər edə biləcəklər. Lakin bu ölkələrin vətəndaşları 14 gün müddətində karantində qalmalı olacaqlar.



Әlaqәli Xәbәrlәr