Bu ölkədə humanitar yardım karvanına hücum təşkil edilib

Konqo Demokratik Respublikasında humanitar yardım daşıyan yük maşınına Hücum təşkil edilib.

1742548
Bu ölkədə humanitar yardım karvanına hücum təşkil edilib

TRT-nin Yerli mətbuata istinad etdiyi xəbərinə  görə Cənubi Kivu ərazisində  yerləşən Baraka şəhərində naməlum silahlı şəxslər humanitar yardım daşıyan yük maşınına hücum təşkil ediblər. Hadisə nəticəsində 4 nəfər həyatını itirib. Təcavüzkarlar humanitar yardım materiallarını götürdükdən sonra  maşını yandırıblar.

Qeyd edək ki, Uzun müddətdir qarşıdurmaların davam etdiyi Şimali-Kivu və Cənubi Kivu bölgələrinə hümanitar yardım aparan könüllülər  və  yardım  karvanlarına silahlı qruplar tərəfindən tez-tez hücum təşkil edilir.



Әlaqәli Xәbәrlәr