"Bunun tərsi olarsa, Avropa İttifaqı ruhu itər və Avropa çökər", L.Mayo

İtaliya xarici işlər naziri Luici di Mayo (Luigi De Maio) Avropa İttifaqının üzvü olan bəzi ölkələrin “Covid-19” karantinindən sonra İtaliyaya sərhədlərini açmamasına reaksiya verdi

1426603
"Bunun tərsi olarsa, Avropa İttifaqı ruhu itər və Avropa çökər", L.Mayo

 

  İtaliya xarici işlər naziri Luici di Mayo (Luigi De Maio) Avropa İttifaqının üzvü olan bəzi ölkələrin “Covid-19” karantinindən sonra İtaliyaya sərhədlərini açmamasına reaksiya verdi.

  İtaliyaya sərhədlərini açmaq istəməyən ölkələrin adlarını çəkmədən tənqid edən di Mayo deyib: “Beynəlxalq əlaqələrdə danışıq və hərəkətlərin həmişə ölçüsü olmalıdır. Əgər kimsə İtaliyaya karantin yeri kimi davranarsa, buna cavabsız qalmayacağıq. Səbrin də bir həddi var.

  Aİ üzvlərinə birlikdə hərəkətetmə çağırışı edirəm. İndi sərhədlərin açılması mövzusunda da Avropa tərzində iş görməliyik. Bunun tərsi olarsa, Avropa İttifaqı ruhu itər və Avropa çökər.

  İtaliyadan başlayaraq bir çox Avropa ölkələrində tətbiq olunan “Covid-19” karantin tədbirlərindən sonra yaxın diplomatik əlaqələr iyunun ilk həftəsindən etibarən yenidən başlayır. 3 iyunda Fransanın xarici işlər naziri Jan-İv le Driaz (Jean-Yves Le Driaz) Romaya gələcək. Bu, karantindən sonra Avropada ilk xarici səfər olacaq. Fransa İtaliyanı seçdiyi üçün çox məmnunuq. Bundan başqa, mən özüm ayın 5-ində Almaniya, 6-sında Sloveniya, 9-unda Yunanıstana gedəcəyəm. 15 iyundan isə İtaliya turistləri qarşılamağa hazırlaşır.”



Әlaqәli Xәbәrlәr