Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizəsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 458 min 480-ni keçib.

1536216
Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizəsi davam edir
koronavirus.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 458 min 480-ni keçib. İnfeksiyaya yoluxanların sayı 62 milyon 592 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 43 milyon 203 mini keçib.
ABŞ "Covid-19" infeksiyasından ölənlərin sayı 272 min 250-ni, virusun yoluxduğu insan sayı 13 milyon 610 min 350-ni ötüb.
İtaliyada epidemiya səbəbiylə ölənlərin sayı son 24 saatda 686 artaraq 54 min 363, xəstələrin sayı isə 26 min 323 artaraq 1 milyon 564 min 532 nəfərə çatıb.
Fransada son bir gündə 213 nəfərin koronavirüsdən ölümü qeydə alınmaqla, ümumi insan itkisi 52 min 127-ə yüksəlib. Ölkədə virus aşkarlanan insan sayı 2 milyon 208 min 699 nəfərdir.
58 min 30 nəfərin öldüyü və 1 milyon 605 min 172 nəfərin virusa yoluxduğu İngiltərədə paytaxt Londonda "Covid-19" epidemiyasına qarşı görülən tədbirlərə etiraz olaraq təşkil edilən nümayişdə ən az 150 nəfər nəzarətə alınıb.

Rusiyada son sutka ərzində daha 26 683 nəfər yeni növ koronavirusa yoluxub.

 Rusiyada "Covid-19"a yoluxanların sayı2 269 316 nəfərə çatıb.

Son 24 ərzində 459 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 39 527 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

ABŞ-da son 24 saat ərzində 155 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 1 189 nəfər virusdan ölüb.



Әlaqәli Xәbәrlәr