Çində 100-dən çox adam virusun indiyədək aşkar edilməmiş növünə yoluxub

Uxan Səhiyyə Komissiyasının məlumatına görə...

1343667
Çində 100-dən çox adam virusun indiyədək aşkar edilməmiş növünə yoluxub

 

 Çində yenə 136 nəfər koronovirusun (coronavirus) indiyədək aşkar edilməmiş növünə yoluxub və ölənlərin sayı 3-ə çatıb. Bununla da virusa yoluxanların ümumi sayı 198 olub.

  Uxan Səhiyyə Komissiyasının məlumatına görə, ölən şəxslər şəhər sakinləridir.

  Virusa yeni yoluxanlar 25-89 yaşlarında olan sakinlərdir. Onlardan 36-sının vəziyyəti ağır qiymətləndirilir və bildirilir ki, virusa yeni yoluxma hallarından ikisi paytaxt Pekin və biri isə ölkənin cənubundakı iri şəhərlərdən olan Şencendə qeydə alınıb. Hər üç şəxsin yaxınlarda Uxanda olduğu müəyyən edilib.

  Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin klinik əlamətləri əsasən hərarətdir. Bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticəsində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana keçməyib. Sətəlcəmin səbəbi yeni koronovirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də bilinmir.



Әlaqәli Xәbәrlәr