Danimarkada qaçqınlar və miqrantlara qarşı sərt qanunlara etiraz edildi

Danimarkanın paytaxtı Kopenhagen və ölkənin ikinci böyük şəhəri Arhusda qaçqınlar və miqrantlara qarşı sərt qanunlara etiraz olaraq aksiyalar keçirildi.

1104462
Danimarkada qaçqınlar və miqrantlara qarşı sərt qanunlara etiraz edildi

Danimarkanın paytaxtı Kopenhagen və ölkənin ikinci böyük şəhəri Arhusda qaçqınlar və miqrantlara qarşı sərt qanunlara etiraz olaraq aksiyalar keçirildi.

Ümumdünya insan hüquqları bəyannaməsinin 70- ci ildönümündə Xalqlararası Yardımlaşma Qurumu (Mellemfolkeligt Samvirke), Beynəlxalq Amnistiya Təşkilatı və “Uşaqları Xilas Edin” fondunun da (Save the Children) aralarında olduğu 9 qeyri-hökumət təşkilatı tərəfindən Kopenhagendə təşkil edilən etiraz aksiyasına minlərlə mühacir və danimarkalı əllərində məşəllər tutaraq qoşuldu.

 Danimarka hökumətinin qaçqın və miqrantları kimsəsiz bir adada toplamaq barəsindəki qərarı aksiyalarda daha çox insanın  iştirak etməsinə səbəb oldu.

Etirazçılar ölkədə son illərdə hökumətin əcnəbilərə qarşı nümayiş etdirdiyi sərt siyasətinə qarşı üzərində "Hər kəs üçün insan haqları", "İrqçiliyə yox", "Əcnəbilərə qarşı qorxu yaratmaqdan əl çəkin", "İrqçiliyi dərhal dayandır" və "Fərqli səslər irqçiliyə qarşı" yazılmış plakatlarla reaksiya göstərdilər.

  Tədbirdə çıxış edən Xalqlararası Yardımlaşma Qurumunun Baş katibi Kim Uayt (Kim Whyte) hökumətə müraciət edərək, insan hüquqları məsələsində ən geridə qalan bir ölkə olmaq istəmədiklərini söylədi, Danimarkaya pənah gətirən insanların yaxşı şərtlərlə qarşılanmasının əhəmiyyətini vurğuladı.

   Hökumətin qaçqınları kimsəsiz bir adada toplamaq barəsindəki qərarına da münasibət bildirən Uayt bunun səhv bir qərar olduğunu, insanların adaya toplanmasının onların azadlıqlarının məhdudlaşdıracağını bildirdi.

 Qeyd edək ki, Danimarka hökuməti qaçqın və miqrantları 7 hektarlıq boş Lindholm adasında yaradılacaq"Geri Göndərmə Mərkəzi"ndə toplamaq üçün qərar qəbul etmişdi.

 

 Lindholm adası Danimarka Texniki Universiteti tərəfindən "qarantin adası" kimi istifadə olunurdu.



Әlaqәli Xәbәrlәr