Dimitri Peskovdan M.Pompeoya sərt cavab

Kremlin sözçüsü Dimitri Peskov, ABŞ dövlət katibi Mayk Pompeonu diplomatik nəzakətsizliklə ittiham edib.

1104881
Dimitri Peskovdan M.Pompeoya sərt cavab

Dimitri Peskov, ABŞ Dövlət departamentinin rəhbəri Mike Pompeonun, "Rusiya, Venesuelaya qırıcılar göndərərək öz xalqının pulunu israf edir” sözlərinə münasibət bildirib.

Pompeonun tənqidinin qəbul edilməz olduğunu ifadə edən sözçü Peskov vurğulayıb ki “Müdafiə büdcəsi Afrika qitəsinin yarısına bəs edəcək bir ölkənin belə açıqlamalar yayması qəbul edilməzdir. Rusiya hava qüvvələrinin Tu-160 nüvə enerjisi ilə təchiz edilmiş strateji bombardman təyyarələri hərbi təlim məqsədiylə Venesuelaya göndərildi”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mike Pompeo “Twitter” hesabında: “Rusiya hökuməti dünyanın digər yarısına qırıcı təyyarələr göndərir. Rus və Venesuela xalqları bunu görməlidirlər, iki korlanmış hökumət azadlıqları məhdudlaşdırarkən, bir tərəfdən də xalqın pulunu israf edir”.



Әlaqәli Xәbәrlәr