Dünyada ‘‘Covid-19’’la bağlı son vәziyyәt (25 sentyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 985  min 600-ü, virusa yoluxanların sayı 32  milyon 300 mini,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 23 milyon 451 min 800 mini keçib.

1496938

Epidemiyanın Avropadakı mәrkәzinә çevrilәn İngiltәrәdә  virusdan  ölәnlәrin sayı gün әrzindә 40 artaraq  41 mini, infeksiyaya yoluxanların sayı da 400 mini keçib.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 52  artaraq 31 min 511-ә, infeksiyaya yoluxanların sayı da 16 min 96 artaraq 497 min 237-yә  çatıb.

İspaniyada koronavirus pandemiyasından bir hәftә әrzindә daha 500  nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 31 min 118-ә  çatıb. Sәhiyyә Nazirliyi  gün әrzindә 10  min 653  nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 700  mini keçib.

Portuqaliya Sәhiyyә Nazirliyi koronavirusdan gün әrzindә daha 3  nәfәrin hәyatını itirdiyini vә epidemiyaya 691  nәfәrin dә yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 1931-ә, infeksiyaya yoluxanların sayı isә 71 min 156-ya  çatıb.

İsraildә koronavirus qurbanlarının sayı gün әrzindә 59 artaraq 1379-a, infeksiyaya yoluxanların sayı isә 6 min 499 artaraq 209 min 635-ә çatıb.

Әlaqәli Xәbәrlәr